"Kəpəz" Azərbaycan çempionatları tarixində son 16 mövsümün antirekorduna imza atıb.
Apasport.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin "Zirə"yə Misli Premyer Liqasının XVI turunda 0:4 hesabı ilə uduzması ilə reallaşıb.
Komanda cari mövsüm çempionatda 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.
Daha çox qola üzülən sonuncu komandaya 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.
Tarixin antirekordu isə 1996/1997 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.
Qeyd edək ki, "Araz-Naxçıvan"dan öncə turnir cədvəlinə "Qarabağ" liderlik edirdi.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”