“Kəpəz” üstünlüyünü qoruya bilmədi - YENİLƏNİB
24.01.2023 - 15:55
“Kəpəz” üstünlüyünü qoruya bilmədi - YENİLƏNİB

Misli Premyer Liqasında qış fasiləsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısına Gəncədə start verilib.

XIX turun açılış matçında “Kəpəz” “Qəbələ”ni qəbul edib. Azarkeşlər iki fərqli hissə izləyib.

İlk 45 dəqiqədə daha yaxşı təsir bağışlayan “Kəpəz” iki penalti zərbəsi qazanaraq bu imkanlardan dəqiq yararlanıb. Lakin Tərlan Əhmədovun komandası üstünlüyünü qoruya bilməyib.

Fasilədən sonra fəallığı artıran “Qəbələ” təşəbbüsə yiyələnib. Elmar Baxşıyevin yetirmələri iki qol vuraraq səfərdən bir xalla dönməyi bacarıb – 2:2.

Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq.

Misli Premyer Liqası
XIX tur
24 yanvar
14:00. “Kəpəz” – “Qəbələ” - 2:2
Qollar: 
Ahmed Ayzaya, 18 (pen.), Martins Junior, 42 (pen.) - Ruan Renato, 63, Ülvi İsgəndərov, 79
Baş hakim: Elçin Məsiyev
“Kəpəz”: 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 10. Salif Sisse, 8. Tural Axundov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Gəncə şəhər stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

18

16

2

0

48-8

50

2

Sabah

18

13

4

1

40-13

43

3

Neftçi

18

12

2

4

35-19

38

4

Zirə

18

8

4

6

20-24

28

5

Qəbələ

19

7

5

7

22-20

26

6

Turan Tovuz

18

4

5

9

11-22

17

7

Kəpəz

19

2

7

10

18-37

13

8

Şamaxı

18

2

7

9

14-28

13

9

Sumqayıt

18

2

6

10

10-30

12

10

Səbail

18

2

4

12

13-30

10

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 14 qol, Musa Qurbanlı ("Qarabağ") - 12 qol, Emin Mahmudov ("Neftçi") - 10 qol, Coy Lens Mikels ("Sabah") - 9 qol

0