"Kəpəz"dən vacib 3 xal - YENİLƏNİB
09.12.2023 - 16:54
"Kəpəz"dən vacib 3 xal - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasının XVI turu çərçivəsində daha 2 oyun baş tutacaq. 

Apasport.az xəbər verir ki, günün ilk matçı Qəbələdə keçirilib. 

Əyalət derbisində Qəbələnin eyniadlı komandası "Kəpəz"i qəbul edib. 

Son turda məğlubiyyət alan hər iki komanda bu oyuna mütləq qələbə andıyla çıxmışdı. Elmar Baxşıyevin yetirmələri 3 xal alaraq turnir cədvəlinin dibindən uzaqlaşmaq istəyirdi, lakin Adil Şükürovun gəlişiylə ab-havası dəyişən "Kəpəz" çətin Qəbələ səfərindən inamlı qələbə ilə ayrılmağı bacardı: 3:0

Qeyd edək ki, turun açılış oyunu dünən baş tutub. "Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın edib: 6:1

Premyer Liqa
XVI tur
9 dekabr (şənbə)

15:00. “Qəbələ” – “Kəpəz” 0-3 

Qol: Papunaşvili, 5, 72, Niane, 70

Qırmızı vərəqə: E. Səfərov, 49
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu

Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo

Baş məşqçi: Elmar Baxşıyev

 

"Kəpəz": 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior

Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal

Baş məşqçi: Adil Şükürov

0