"Kəpəz"ə sponsor tapıldı: "F-Holding"
10.03.2024 - 17:57
"Kəpəz"ə sponsor tapıldı: "F-Holding"

Misli Premyer Liqasında sponsorsuz komandalardan biri olan "Kəpəz" də nəhayət ki, himayədara qovuşur.

Apasport.az Sport24.az-ın əldə etdiyi məlumata görə xəbər verir ki, bundan sonra Gəncə təmsilçisinə "F-Holding" sponsorluq edəcək.

Yeni sponsorla uzunmüddətli sövdələşmə imzalanacaq və ən qısa zamanda "Kəpəz" bunun faydasını görməyə başlayacaq.

Məlumata görə, müqavilə 5 illik imzalanacaq. 

Qeyd edək ki, rəsmi müqavilənin Novruz bayramından sonra imzalanacağı gözlənilir.

0