Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
20.11.2024 - 14:14

Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, onlar Türkiyənin İğdır şəhərində keçirilən muay tay üzrə beynəlxalq turnirdə fərqləniblər.
Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 60 idmançı mübarizə aparıb.
Azərbaycanı Namiq Musayevin rəhbərliyi altında Naxçıvan Kikboksinq Federasiyasının 7 idmançısı təmsil edib. Təmsilçilərimizdən 4-ü qızıl, 3-ü gümüş medala yiyələnib,
Amin Nəcəfov, Uğur Məmmədli, Hüseyn Həsənov və Ramazan Babayev birinci, Tural Səfərli, Yusif Məmmədov və Şahin Qəribov ikinci yeri tutub.
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb
0
0