“Kimyaçılar” üçün Rumıniya və Özbəkistan klubları
27.12.2023 - 21:16
“Kimyaçılar” üçün Rumıniya və Özbəkistan klubları

"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərin adı dəqiqləşib.

Apasport.az xəbər verir ki, kimyaçılar” gələn il yanvarın 12-də Rumıniyanın "Hermanştadt" klubu ilə üz-üzə gələcək.

Samir Abasovun komanda 4 gün sonra isə Özbəkistan "Soqdiana"sını sınağa çəkəcək.

Qeyd edək ki, "Sumqayıt" yanvarın 3-də doğma şəhərdə bir araya gələcək. Toplanışın ikinci mərhələsi isə yanvarın 6-17-dək Türkiyənin Antalya şəhərində olacaq.

0