Kiprli məşqçi: “Neftçi” bizdən güclü deyil”
21.06.2022 - 14:28
Kiprli məşqçi: “Neftçi” bizdən güclü deyil”

“Klublarımız avrokuboklarda rəqibləri ilə eyni şəraitdədir. Onların hamısının zəngin heyətləri və yüksək büdcələri var”.

Apasport.az saytının məlumatına görə, bunu kirpli futbol mütəxəssisi Andreas Muskallis deyib.

Ölkəsində bir neçə klubu çalışdırmış 72 yaşlı məşqçi Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Aris”in də şanslarını dəyərləndirib. Muskallis Kipr komandalarından Avropa arenasında uğurlu çıxış gözlədiyini söyləyib: “Heç bir rəqibdən qorxmamalıyıq. Onların hamısını ciddi qəbul edirik, pozitiv düşüncə və özümüzə inamla yanaşırıq. Avrokuboklarda iştirak edən klublarımız lazımi səviyyədə hazırlaşmalıdır. Avropada komandalar arasında böyük fərq olmur. Xüsusən bu ilk mərhələlərdə. “Midtyulland”, “Botev” və “Neftçi” tanınmış komandalar olsa da, bizdən güclü deyillər. Hiss edirəm ki, klublarımız böyük uğurlara yaxındır”.

Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də Limassolda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

0