Klublarımızın Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq
                    
                    28.08.2024 - 11:29
                        
                     
                    Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan komandalar "Birbaşa Bakı" və "AzNur"un da rəqibləri bəlli olacaq.
Bakı vaxtı ilə saat 19:00-da start götürəcək püşkatmaya 23 ölkədən 28 komanda qatılacaq. Təmsilçilərimiz birinci səbətdə yer alacaqlar.
Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            