“Napoli”nin baş məşqçisi Antoni Konte A Seriyasının 12-ci turunda “Atalanta” ilə oyun (3:1) haqda danışıb.
Apasport.az “Football Italia”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan gözləntilərini də bölüşüb:
“İndi bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası olan “Qarabağ”la oyun gözləyir. Özümüzə gəlməli və yeni bir çətinliyə hazırlaşmalıyıq”.
“Atalanta” üzərində qələbə qazanan “Napoli” turnir cədvəlinin zirvəsinə qayıdıb.
“Napoli” – “Qarabağ” matçı noyabrın 26-da Dieqo Armando Maradona stadionunda keçiriləcək və saat 00:00-da start götürəcək.