Krakov-2023: Era və Keyşadan qələbə, cütlüklər qrupda qaldı - FOTOLENT
28.06.2023 - 21:20
Krakov-2023: Era və Keyşadan qələbə, cütlüklər qrupda qaldı - FOTOLENT

Krakov-2023 III Avropa Oyunlarının badminton yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsində III turun matçları keçirilir.

Azərbaycan təmsilçiləri də növbəti oyunlarına çıxır. Qadınların fərdi yarışlarında ardıcıl iki qələbə ilə 1/8 finala vəsiqəni təmin edən Keyşa Fatimə Zəhra almaniyalı İvonna Li ilə görüşüb. D qrupunun liderlərinin duelində qalib gələn təmsilçimiz pley-offa 1-ci yerlə yüksəlib – 2:1 (17:21, 21:18, 21:17).

Kişilərin fərdi yarışlarında qələbələri sıralayan Edi Reski Dviçayonun rəqibi Danilo Bosnyuk (Ukrayna) olub. 2:0 (21:14, 21:19) hesabı ilə qalib gələn təmsilçimiz 3 qələbə ilə qrup qalibi olub.

İlk iki turda uduzan cütlərimiz də son sınağına çıxıb. Era Məftuha, Keyşa Fatimə Zəhra III turda Serena Au Yonq və Katarina Hoçmeyr (Avstriya) ilə görüşüb. Bu matçadək 1/4 final şansını itirən təmsilçilərimiz 2:1 (16:21, 21:19, 21:17) hesablı təsəlli qələbəsi qazanıb.

Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni isə Coşua Maqi və Pol Reynolds (İrlandiya) ilə üz-üzə gəlib. Badmintonçularımız 2:1 (19:21, 21:14, 21:16) hesabı ilə ilk qələbəsinə sevinsələr də, 1/4 finala yüksəlməyə bilməyiblər.

Qeyd edək ki, fərdi yarışlarda 1/8, cütlərdə 1/4 final qarşılaşmaları sabah keçiriləcək.
 

0