Krakov-2023: Muaytayda 3 medal təmin olundu - YENİLƏNİB
25.06.2023 - 20:06
Krakov-2023: Muaytayda 3 medal təmin olundu - YENİLƏNİB

Azərbaycanın daha bir idman növü üzrə yığması Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, bu gün muaytay millimizin dörd üzvü 1/4 finaldan yarışa qoşulub.

Kişilərin yarışında Xəyal Əliyev (67 kq) Giorgi Kleyn (Gürcüstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Yarımfinala yüksələn idmançımız bununla da ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda polşalı Oskar Siqert olacaq. 

Onun uğurunu 2 qadın idmançımız da davam etdirib. Aysun Dərvişova (57 kq) Zelyana Pitesa (Xorvatiya) ilə görüşüb və 30:26 hesablı qələbəyə sevinib. Yarımfinala yüksələn həmyerlimiz muaytayda ən azı ikinci "bürüncü" rəsmiləşdirib. 

Emiliya Rzayeva (63,5 kq) isə döyüşsüz yarımfinala yüksəlib. Onun rəqibi Nora Kornollun (Fransa) artıq çəkisi olduğu üçün görüşdən kənarlaşdırılıb və həmyerlimiz qalib elan olunub. Nəticədə bu növdə 3 medal əldə edəcəyimiz dəqiqləşib. 

Muaytayçılarımızdan yalnız Məhəbbət Hümbətov (71 kq) mübarizəni dayandırıb. O, polşalı Yakub Rajevskiyə (Polşa) uduzub.

Qeyd edək ki, yarımfinal döyüşləri sabah keçiriləcək.

0