Krakov-2023: Yekaterina 1-ci yeri tutdu
21.06.2023 - 15:15
Krakov-2023: Yekaterina 1-ci yeri tutdu

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir təmsilçisi mübarizəyə qoşulub.

Yekaterina Sarıyeva qadınların üçtəkanla tullanma yarışında qüvvəsini sınayıb. O, 13,22 m nəticə göstərib.

Atletimiz bu göstərici ilə 1-ci yeri tutub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

0