Krakov-2023: Yığmamızdan üç bürünc - YENİLƏNİB
26.06.2023 - 19:46
Krakov-2023: Yığmamızdan üç bürünc - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarında muaytay yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün yarımfinal döyüşləri keçirilir.

Azərbaycanın üç idmançısı da rinqə çıxıb. 1/4 final səddini adlamaqla medallardan birini təmin edən döyüşçülərimiz finala yüksəlmək üçün mübarizə aparıb.

Xəyal Əliyev (67 kq) polşalı Oskar Siqertlə qarşılaşıb. 3-cü raundda noqdauna düşən idmançımız mübarizəni dayandırıb. O, Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Aysun Dərvişovanın (57 kq) rəqibi Patrisiya Axlinq (İsveç) olub. İlk raundda iki dəfə naqdauna düşən idmançımız mübarizəni davam etdirsə də, ikinci hissədə eyni vəziyyətlə üzləşərək rinqdən məğlub ayrılıb. O, Krakov-2023-ün bürünc mükafatı ilə kifayətlənib.

Emiliya Rzayeva (63,5 kq) həlledici döyüşə vəsiqə üçün Tereza Steçova (Çexiya) ilə qarşılaşıb. 3-cü raundda noqdauna düşən və döyüşdən məğlub ayrılan muaytayçımız bürünc medal qazanıb. Bununla da yığmamız yarışda çıxışını 3 bürünclə başa vurub.
 
Qeyd edək ki, final döyüşləri sabah keçiriləcək.

2