Kurban Berdiyev: “Artıq yoruldum deməkdən ki…”
09.02.2025 - 19:19
Kurban Berdiyev: “Artıq yoruldum deməkdən ki…”

Misli Premyer Liqasının XXII turunun “Sabah” – “Turan Tovuz” matçından (2:1) sonra qonaqların baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.

"İkinci hissənin ilk 15 dəqiqəsinə toparlanmış vəziyyətdə çıxa bilmədik. Bu da iki qol buraxmağımızla nəticələndi. Sonradan isə nəyisə düzəltmək artıq çətin oldu".

- Ayxan Quseynov və Xəyal Nəcəfovu matçın 85-ci dəqiqəsində meydana buraxdınız. Onları meydana daha tez buraxmaq olmazdı?
- Tez də buraxa bilərdik. Amma başqa şeylər də düşünürdük. Belə alındı.

- "Sabah" sizin üçün nədə sürpriz etdi?
- İlk olaraq biz rəqibə ikinci toplarda uduzduq. İkinci qolu buraxdığımız ana gəldikdə, Rəhim Sadıxovun butsısı çıxmışdı, hakimlə uzun mübahisə oldu. Ona fit vermədilər. Uzun mübahisə oldu, rəqib isə dərhal oynadılar və qollarını vurdular.

- Hakim idarəçiliyindən razı qaldınız?
- Nəsə deməyimlə nəsə dəyişəcəksə, başqa məsələ. Mənim danışdıqlarımla heç nə dəyişməyəcəksə, bunun mənası da yoxdur. Artıq yoruldum deməkdən ki, Jo Batiştanı əlləri ilə tuturlar, imkan vermirlər oynamağa. Lakin hakim fitini səsləndirmir.