
Misli Premyer Liqasının XXX turu çərçivəsində "Turan Tovuz" öz meydanında "Sabah"a 2:1 hesabı ilə qalib gəlib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik".
- Qırmızı vərəqə gördüyünüz epizodu necə şərh edərdiniz?
- Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı.
- Bu qələbə komandaya əlavə motivasiya verə bilər?
- Buna ümid edirəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxdığını düşünürəm.
- Oyunu tribunadan izlədiniz. Komandanın oyunu oradan necə görünürdü?
- İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, orada təzyiq etsin. Bu da işə yaradı. Tribundan baxmağa gəlincə, bir daha oyunu oradan izləmək istəmərəm.
- Sizin üçün avrokuboklara getmək üçün çempionatda 3-cü olmaq realdır, yoxsa "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanmasına ümid etmək?
- Biz heç kimdən asılı olmaq istəmirik. Oyundan-oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO
- "İmişli" FK - Məqsədi, məramı, mənası olmayan klub, işbilməzlər
- "Kəpəz" üçün əlamətdar göstərici: 1000-ci rəsmi oyun
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
- “Şamaxı” 56-cı böyükhesablı qələbəsini qazanıb