Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”
28.10.2025 - 19:50
Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”

"Turan Tovuz" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo"nu məğlub edərək (5:0) 1/8 finala yüksəlib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik".

- Kubokda hədəfiniz nədir? 
- Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır.

- İbrahima Vadjinin performansını necə dəyərləndirirsiniz? 
- Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır.