Kurban Berdıyev: "Oyun intizamı istədiyimiz kimi deyildi"
28.03.2025 - 22:33
Kurban Berdıyev: "Oyun intizamı istədiyimiz kimi deyildi"

"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda səfərdə "Turan Tovuz"u məğlub edib -1:4.

Apasport.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra baş tutan mətbuat konfransında qarşılaşmanı dəyərləndirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb. 

Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi.

- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?

- Buna cavab verə bilməyəcəm.

- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz?

- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu. 

Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?

- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.

- Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?

- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.