Azərbaycan boksçusu finalda
09.10.2026 - 18:21
Azərbaycan boksçusu finalda

Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycanın daha 7 boksçusu yarımfinalda mübarizə aparacaq.