Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq.
Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.
Qeyd edək ki, final döyüşləri noyabrın 24-də olacaq.
- Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
- Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
- Gülər Hüseynova: “Azərbaycan idmanında bir ilkə imza atdım”
- Boksçumuz Avropa yığmasının heyətində döyüşəcək
- Gülər Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib