“Atletiko” qalib gəldi, Simeone tarix yazdı: 345-ci qələbə
23.11.2026 - 08:41
“Atletiko” qalib gəldi, Simeone tarix yazdı: 345-ci qələbə

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasında yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, argentinalı mütəxəssis çempionat tarixində ən çox qələbə qazanan baş məşqçi olub.

Simeone bu uğura La Liqanın XIII turunda “Atletiko Madrid”in səfərdə “Xetafe”ni 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada nail olub.

Bu, 56 yaşlı mütəxəssisin İspaniya çempionatında 345-ci qələbəsi olub. O, 344 qələbəsi olan Luis Araqonesi geridə qoyaraq mütləq rekordçuya çevrilib.

Simeone bu göstəriciyə 567 matçda nail olub. Onun rəhbərliyi altında Madrid təmsilçisi 345 qələbə qazanıb, 123 dəfə heç-heçə edib və 99 görüşdə məğlub olub.

Qeyd edək ki, “Atletiko Madrid”in “Xetafe” üzərində qələbəsində qolları Aleks Baena, Conni Kardoso və Alexandro Qrimaldo vurublar.

2011-ci ilin dekabrından “Atletiko Madrid”ə rəhbərlik edən Simeone komanda ilə iki dəfə İspaniya çempionu olub.