Lamiyə Vəliyeva: "Bunu sözlərlə ifadə etmək mümkün deyil"
11.09.2024 - 11:51
Lamiyə Vəliyeva: "Bunu sözlərlə ifadə etmək mümkün deyil"

“Xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaq mənimçün qürurverici idi”. 

Bunu apasport.az-a açıqlamasında Paris-2024 Yay Paralimpiya Oyunlarının paratletika üzrə qızıl medalçısı Lamiyə Vəliyeva deyib.

“Tokioda qızıl medal qazananda əmin idim ki, növbəti Paralimpiada da uğur qazanacam. Qarşıma bu məqsədi qoymuşdum. Mənim üçün ən şərəfli, unudulmaz, yadımdan çıxara bilməyəcəyim hadisə cənab Prezident tərəfindən “Şöhrət” ordeninə layiq görülməyim oldu. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Özümü çox xoşbəxt hiss edirəm. Mənə göstərilən etimada, inama, diqqət və qayğıya görə ilk növbədə ölkə başçımız cənab İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. İdmançılar üçün bu gün yaradılan şərait, göstərilən qayğı və diqqət sözün əsl mənasında əvəzolunmazdır. Mənə dəstək olan Azərbaycan xalqına, sosial şəbəkələrdən, yolda görüb təbrik edən bütün insanlara, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm”.

Nərmin Vüqarqızı

0