"Dördqat dünya çempionu olmaq mənim üçün qürurverici hissdir".
Apasport.az xəbər verir ki, bunu Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
Yaponiyanın Kobe şəhərində keçirilən yarışda T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda qızıl medal əldə edən idmançı ona dəstəkləyənlərə minnətdar olduğunu bildirib: "Turnirə yaxşı hazırlaşırdım. Bu, son deyil. Parisdəki Yay Paralimpiya Oyunlarına güclü şəkildə hazırlaşacağam və öz Vətənimi layiqincə təmsil edəcəyəm".
Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib