Lamiyə Vəliyeva dünya çempionatında finala yüksəlib
24.05.2024 - 12:31
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında 400 metr məsafəyə qaçışda finala yüksəlib.
Apasport.az xəbər verir ki, idmançı təsnifat mərhələsində 56.57 saniyə ilə finiş xəttinə çatıb. O, sabah həlledici mərhələdə mübarizə aparacaq.
Qeyd edək ki, Lamiyə Vəliyeva bu yarışda 100 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
1
0