“Latsio”nun yeni baş məşqçisi məlum oldu
13.03.2024 - 14:06
“Latsio”nun yeni baş məşqçisi məlum oldu

İtaliya A Seriyası təmsilçisi “Latsio”nun yeni çalışdırıcısı bəlli olub.

Apasport.az xəbər verir ki, Covanni Martuşello yeni baş məşqçi təyin edilib.

Covanni Martuşello Mauritsio Sarrini əvəzləyib. O, İtaliya klubunda daha öncə köməkçi məşqçi kimi fəaliyyət göstərib. 

Qeyd edək ki, “Latsio” İtaliya A Seriyasında 28 turdan sonra 40 xalla 9-cu pillədə qərarlaşıb.

0