“Linkoln” – “Qarabağ”: KİM ŞANSLIDIR?
11.07.2023 - 11:57
“Linkoln” – “Qarabağ”: KİM ŞANSLIDIR?

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə mübarizə aparacaq Ağdam təmsilçisini matçın aşkar favoriti sayırlar. 

Bu gün “Viktoriya” stadionunda baş tutacaq matçda cırtdan ölkə çempionunun qələbəsi 10,00, “Qarabağ”ın uğuru 1,27 əmsaldır. Qarşılaşmada heç-heçəyə 5,19 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

0