"Liverpul" Avropa Liqasında rekorda imza atıb
15.03.2024 - 17:38
İngiltərə təmsilçisi "Liverpul" Avropa Liqasının 1\8 final mərhələsinin cavab matçı çərçivəsində Çexiya “Sparta”sı ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, “qırmızılılar” 6:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Yurgen Kloppun yetirmələri bu matçda yeni rekoda imza atıb. Belə ki ingilislər matç ərzində ümumilikdə 905 ötürmə edib.
Qeyd edək ki, belə çox sayda ötürmə 2023/2024 mövsümünün Avropa Liqası üçün turnirdə iştirak edən və orada oynamağa davam edən bütün komandalar arasında rekorddur.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
0
0