
İspaniya La Liqa komandalarından "Barselona"nın üzvü Frenki de Yonq karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Mersisaydlılar" 27 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.
27 yaşlı futbolçu ilə digər bir Premyer Liqa təmsilçisi "Mançester Yunayted" də yaxından maraqlanır.
Xatırladaq ki, "kataloniyalılar" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm "Barsa"nın heyətində iştirak etdiyi 22 rəsmi matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb