Luis Enrike: "İngiltərə Premyer Liqasında işləmək istəyirəm"
29.03.2023 - 23:27
Luis Enrike: "İngiltərə Premyer Liqasında işləmək istəyirəm"

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike gələcək planlarından danşıb.

Apasport.az xəbər verir ki, o, İngiltərədə çalışmaq istədiyini deyib:

"İngiltərə Premyer Liqasını izləyirəm. Çünki orada işləmək istəyirəm. İspaniya La Liqasından daha çox, Premyer Liqanı izləyirəm. İspaniyada ancaq nəhənglərin oyunlarına baxıram".

Qeyd edək ki, Luis Enrike DÇ-2022-dən sonra İspaniya yığmasından ayrılıb.

0