Lunyov “Qarabağ”da qalacaq
03.04.2024 - 23:10
“Qarabağ”ın qolkiperi Andrey Lunyov yeni mövsümə də Azərbaycanda başlayacaq.
Apasport.az saytına verilən məlumata görə, 32 yaşlı qapıçı Ağdam klubunda qalmaq istəyib.
O, müqavilə müddətini bir illik artırmağa razılıq verib.
Son anda hansısa problem çıxmasa, Lunyovun müqavilə müddəti 1 illik artırılacaq.
Rusiya millisinin qapıçısının xidmətində Rusiya Premyer Liqasının klubları da maraqlıdır.
Qeyd edək ki, Lunyov 2023-cü il avqustun 19-da “Qarabağ”la müqavilə imzalayıb. Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0