Mahir Emreli üçün bu klublarla danışıq oldu və...
04.02.2023 - 15:07
Mahir Emreli üçün bu klublarla danışıq oldu və...

Azərbaycan milli komandasının forvardı Mahir Emreli qış transfer pəncərəsində komandasını dəyişməyə yaxın olub. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, Belçikanın "Vesterlo" klubu 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyib. 

Hətta bunun üçün danışıqlar da aparılıb. "Vesterlo" ilə yanaşı, İtaliya A seriyasından da iki klub Emreli ilə güclənmək arzusunda olub. Lakin millimizin futbolçusu hər üç klubun təklifindən imtina edib. O, ən azı yaya qədər Zaqreb “Dinamo”sunda olacaq.

Qeyd edək ki, Mahir ötən ilin fevralında Xorvatiya təmsilçisi ilə 4,5 illik müqavilə imzalayıb. 

0