"Gənc yaşımda "Tvente"dən yaxşı təklif var idi. Ancaq onda xaricdə oynamağa hazır deyildim. Çempionlar Liqasında çıxış etdikdən sonra "Astana"dan maraqlı təklif gəlmişdi. Böyük məbləğ təklif edirdilər. Ancaq sonda məsləhətləşdikdən sonra "Qarabağ"da qalmağa qərar verdim".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev deyib.
O, azarkeşlərin suallarını "Qarabağ"ın rəsmi səhifəsi vasitəsilə cavablandırıb. Medvedev rəqib kimi oynadığı güclü futbolçuların adlarını çəkib: "Pedro, Azar, Karasko, Əl-Şaravi mənim çıxış etdiyim cinahda mübarizə aparan ən güclü futbolçulardan olub. Ən güclü hücumçu kimi "Bazel"də çıxış edən braziliyalı Artur Kabralı qeyd edə bilərəm. Onda mən artıq mərkəz müdafiəçisi kimi oynayırdım. Ona qarşı oynamaq çox çətin idi".
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ