“Artıq əsas işimizi edə bildik. Qrupda oynayacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
Komandanın kapitanı sabah Avropa Liqasının qrupunda qarşılaşacaqlar Norveç “Molde”si ilə görüşə hazırlığı dəyərləndirib. O bildirib ki, komandanın uğur qazanması üçün bu il yaxşı imkanı var: “İstifadə edə bilərik. Futbolçular hər şeyi edəcəklər ki, daha da irəliləyək. Hazırda komandada elə atmosfer yaranıb ki, hamı oynamaq istəyir, heyət genişlənib. Məşqdə də görünür ki, hamı meydana çıxmağa hazırdır. İnanıram ki, belə həvəslə bu il daha böyük şey edə biləcəyik".
Medvedev bildirib ki, az oynasa da, formasını saxlamaq üçün çalışır: “Ola bilsin ki, az oynayıram. Amma daim komanda ilə birlikdəyəm. Çalışıram ki, özümü yaxşı performansda saxlayım. Oyunda ala bilmədiklərimi məşqdə edirəm. Uzun müddət böyük oyunlar oynamasam da, təcrübəm var, beynimdə hər şey qalıb. Uşaqlara baxanda da, analiz edirəm. Daim özümü oyundakı kimi saxlayıram. Fiziki durumumu isə məşqdə düzəldirəm”.
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda