"Mançester Yunayted" Eriksenin yerinə futbolçu tapdı
31.01.2023 - 21:53
"Mançester Yunayted" yarımmüdafiəçi Marsel Zabitseri transfer etmək üçün "Bayern"lə danışıqlar aparır.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi bu gün Münxen klubunun məşqində iştirak etməyib.
Zabitser "Bayern"də az oynamasından narazıdır. Danimarkalı Kristian Eriksenin "Mançester Yunayted"də zədələnməsi və ən azı 3 ay sıradan çıxması Avstriya millisinin oyunçusuna İngiltərə klubunda start heyətində yer alacağına ümid bəsləməyə imkan verir.
Bunun tam hüquqlu transfer və ya satın alma opsionu ilə icarə olacağı hələ məlum deyil. Marsel Zabitserin xidmətində "Çelsi" də maraqlıdır.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
0
0