"Mançester Yunayted" "Everton"un 2 futbolçusu ilə maraqlanır
11.03.2024 - 15:59
"Mançester Yunayted" "Everton"un 2 futbolçusu ilə maraqlanır

"Mançester Yunayted" "Everton"un 2 futbolçusu ilə maraqlanmağa davam edir.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” mərkəz müdafiəçisi Cerred Brantveyti və müdafiəyəmeyilli yarımmüdafiəçi Amadu Onananı komandasına qatmaq istəyir. 

"Transfermarkt" 21 yaşlı Brantveyti 25 milyon, 22 yaşlı Onananı isə 50 milyon avro olaraq qiymətləndirib.

Qeyd edək ki, bu mövsüm Brantveyt 2 qol, Onana isə 3 qol 1 asistlə yadda qalıb. 

0