Argentina yığmasının sabiq futbolçusu Dieqo Maradona latın amerikalıların İslandiya ilə oynadığı matçın yekunlarını dəyərləndirib. Apasport.az saytının “Telesur”a istinadən məlumatına görə, 57 yaşlı əfsanə baş məşqçi Xorxe Sampaolini tənqid edib.
Maradona Sampaolinin oyuna hazırlıq planını biabırçılıq adlandırıb: “Sampaolinin oyun planı yox idi. Belə davam etsə, Argentinaya qayıda bilməyəcək. İslandiya yığmasının boy ortalamasının 190 sm. olmasını bilməsinə rəğmən, bütün künc zərbələrində top cərimə meydançasına doğru qaldırılırdı. Bir dəfə də olsun qısa top oynamadıq. Belə oyun planı olmaz. Bu, biabırçılıqdı”.
O, həmçinin futbolçularda günah görmədiyini sözlərinə əlavə edib: “Oyunçuları günahlandırmıram. Təqsirkar oyun hazırlığı baxımından çatışmazlıqları olan məşqçidi. Əlavə 25 məşqçinin köməyindən də istifadə edə bilərsən, ancaq yekunda işləmək lazımdı. İslandiyanın Argentinadan meydanda daha çox çalışdığını gördük və bu, məni həqiqətən də məyus etdi”.
Qeyd edək ki, Argentina yığması DÇ-2018-dəki ilk matçında İslandiya ilə 1:1 hesablı bərabərliyə razı olmuşdu.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub