Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlib - 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşəcək.
Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib - 13:3. Həmyerlimiz 1/4 finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib - 0:11.
Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vitanı "tuş"la məğlub edib. Kolesnik yarımfinalda ukraynalı Yuliya Tkaçla qarşılaşacaq.
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək