DÇ-2018-in Almaniya ilə oyunu meksikalı futbolçu Rafael Markesin tarixə düşməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi meydana çıxmaqla özünün 5-ci mundialında iştirak edib.
O, əvvəllər 2002, 2006, 2010 və 2014-cü illərdə də dünya çempionatında meydana çıxıb. Bununla da Rafael Markes həmyerlisi Antonio Karbaxal, almaniyalı Lotar Matteus və italiyalı Canluici Buffona məxsus rekordu təkrarlayıb.
O, həm də millidəki oyun sayında 2-ci yerə şərik çıxıb. Komanda yoldaşı Andres Quardado, həmçinin Pavel Pardo və Xerardo Torrado Meksika yığmasında 146 görüşə çıxıblar. Onlar yalnız Klaudio Suaresdən (177) geri qalır.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub