Marko Yankoviç: “Hər rəqibə qarşı oynaya bilərik”
13.12.2023 - 13:39
Marko Yankoviç: “Hər rəqibə qarşı oynaya bilərik”

"Bilirsiz ki, bizi sabah çox vacib oyun gözləyir. Bu matça tam hazırıq”. 

Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç deyib.

Monteneqrolu yarımmüdafiəçi Avropa Liqasının “Hekken”lə sabahkı görüşünə həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Rəqibi də analiz etmişik. Sabah bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək". 

- "Molde" ilə Norveçdəki matçda hava çox soyuq idi. Sabah da Bakıda Skandinaviya havası olacağı gözlənilir. Bu, "Qarabağ"ın futbolçularına nə dərəcədə təsir edəcək? Düşünürsən ki, bu hava "Hekken"ə üstünlük qazandıracaq?
- Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Öyrəşmişik. Sabah fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir. 

- Avropa Liqasının pley-off mərhələsində potensial namizədlər az-çox bilinir. Hansı rəqiblə qarşılaşmaq istəməzdiz?
- Öncə biz sabah qalib gəlməli və pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Əgər komanda düzgün hazırlıq keçsə, motivasiya olsa, elə keyfiyyətdəyik ki, hər rəqibə qarşı oynaya bilərik. 

0