Matias: "Oğlumun autizmli olması da ayrı bir mübarizədir"
03.03.2025 - 11:49

“Ailədən uzaq qalmaq çox çətindir".
Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias "Globo" nəşrinə müsahibəsində deyib.
30 yaşlı futbolçu xəstə oğluna görə ailəsindən ayrı düşdüyünü bildirib:
"Ailəmdən uzaqda olmağı izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam”.
Qeyd edək ki, Matiasın 5 yaşlı oğlu Mateus autizm spektri pozuntusundan əziyyət çəkir.
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”
0
0