Mikelsdən sonra Musa da BUNU BACARDI
16.02.2026 - 11:15
Mikelsdən sonra Musa da BUNU BACARDI

Misli Premyer Liqasının XX turunun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.

Apasport.az xəbər verir ki, 23 yaşlı hücumçu Premyer Liqada 40-cı dəfə fərqlənib.

Musa buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

Premyer Liqada iki klubda çıxış edən hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.

Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olub.