Milli komandamızın üzvü "Antalyaspor"da
29.12.2023 - 12:58
Milli komandamızın üzvü "Antalyaspor"da

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və II Liqa təmsilçisi "Isparta 32 Spor"un formasını geyinən Samet Karakoç Super Liqaya keçə bilər.

Apasport.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin oyunu "Antalyaspor"un diqqətini çəkib. 

"Qırmızı-ağlar" futbolçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir.

Qeyd edək ki, U-21 millimizin heyətində 5 oyun keçirən Samet 2022-ci ilin ilk yarısında “Qəbələ”nin uğurları üçün çalışıb. Futbolçu bu mövsüm meydana çıxdığı 17 matçda 1 qol ilə yadda qalıb.

0