Millimiz 5 qol vurdu, qalib gələ bilmədi
15.12.2023 - 22:33
Millimiz 5 qol vurdu, qalib gələ bilmədi

Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniyanı sınağa çəkib.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüşə saat 20:00-da start verilib.

Vitali Borisovun rəhbərlik etdiyi kollektiv 5-5 hesablı qollu bərabərliyə razılaşmalı olub. 

DÇ-2024. Elit-raund. Qrup mərhələsi

AzərbaycanRumıniya 5:5
Qollar: Rafael Vilela 18, 19, 25, Tofiq Mikayılov 32, Amir Şocai 34 -  Nastai 22, Balint 28, Araxuo 32(p),  Şocai 35(avtoqol), Nemitanu 36

Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz (Hamısı Polşa)

Hakim-inspektor: Gjergji Bitri (Malta)

UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)

0