Millimiz Mançesterə yollandı
29.11.2023 - 11:26
Millimiz Mançesterə yollandı

Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərinə yollanıb. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyası açıqlayıb.

Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi yığma Qran-prinin final mərhələsində mübarizə aparacaq. 

Komandamızın heyətində Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yer alacaq. 

Parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparacaqlar.
 

0