Millimiz məğlub oldu
14.03.2024 - 20:54
![Millimiz məğlub oldu](https://apasport.az/storage/news/2024/march/14/big/65f32dd8925bb65f32dd8925bc171043580065f32dd8925b965f32dd8925ba.jpeg)
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasında ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz qrup matçlarına ev sahibliyi edən Bolqarıstan yığmasına 1:6 hesabı ilə uduzub.
Komandamızın heyətində yeganə qolun müəllifi 25-ci dəqiqədə Xanm Əsədova olub. Qrupun digər matçından Sloveniya futbolçuları Moldovaya 6:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yığmamız növbəti oyununu martın 17-də Sloveniyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
0
0