17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib.
Bayıl stadionunda təşkil olunan qarşılaşmanı portuqaliyalı baş hakim idarə edib. Yığmamız 0:2 hesabı ilə məğlub olub. Bununla da, millimiz qrupda sonuncu yeri tutub.
Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəliblər. İkincilər 4:0 hesablı qələbəyə seviniblər.
18 mart
Malta (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar) 2:0
Bayıl stadionu. Saat 13:00
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)
Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- "Futbolçularımız yaxşı təsir bağışladılar"
- Millimiz hazırlığın son mərhələsini Bakıda davam etdirir
- Saşa İliç: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik"
- ÇL: "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb