Millimiz mövqeyini qorudu - FİFA REYTİNQİ
21.09.2023 - 12:32
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünyanın 121-ci komandasıdır.
Komandamızın hesabında 1147,69 xal var. Canni De Byazinin yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub.
Hesabat dövründə yığmamız AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzub, yoldaşlıq görüşündə İordaniyaya 2:1 hesabı ilə qalib gəlib. Cədvələ 1851,41 xala malik Argentina başçılıq edir.
Qeyd edək ki, qardaş Türkiyə yığması 1 pillə geriləyərək 42-ci yerə enib. Onların hesabında 1475,4 xalı var.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"
0
0