Millimiz növbəti dəfə məğlub oldu
25.04.2024 - 19:47
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində ikinci oyununa çıxıb.
İlham Yadullayevin baş məşqçisi olduğu komandamız Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş “ABFF Technical Center”də baş tutub.
Erkən qola üzülən millimiz matçın son dəqiqələrində qapısında daha bir top görüb. 0:2 hesabı ilə uduzan yığmamız ikinci məğlubiyyətini alıb.
Qeyd edək ki, U-17 ilk oyununda Belarus yığmasına 0:4 hesabı ilə məğlub olub.
- Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"
- 14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor
- Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
- Azərbaycan Kuboku: II təsnifat mərhələsinin təyinatları açıqlanıb
- "Zirə"nin futbolçusu Premyer Liqada 100-cü matçını keçirib
0
0