Millimiz Qazaxıstanda uduzdu
11.10.2023 - 20:05
Millimiz Qazaxıstanda uduzdu

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının final mərhələsinə yüksəlmək şansını xeyli azaldıb.

Apasport.az-ın məlumatına görə, yığmamız elit mərhələsinin dördüncü matçında Qazaxıstana uduzub.

Komandamız rəqib meydanında 2:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra millimiz üç xalla qrupda üçüncü yerdə qərarlaşıb. Komandamız növbətini oyunun Bakıda Rumıniyaya qarşı keçirəcək.

Qeyd edək ki, qrup qalibləri birbaşa dünya çempionatında iştirak hüququ əldə edəcəklər. Beş qrupda ikinci yeri tutan ən yaxşı dörd komanda da final mərhələsində çıxış etmək imkanı qazanacaq.
 

0