Millimiz toplanışa start verdi
11.12.2023 - 10:10
Millimiz toplanışa start verdi

Dünya çempionatının elit-raund mərhələsi çərçivəsində iki oyun keçirəcək Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.


Yığmamız dekabrın 11-dən 17-dək Bakıda, dekabrın 18-dən 20-dək isə Niderlandda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov hazırlıq prosesinə 16 futzalçı dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amaedu (hamısı “Araz-Naxçıvan”), Amir Şojaei, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı “Baku Fire”), Rafael Vilela (RSC Andelext, Belçika), Hadi Ahmedi (“Aktobe”, Qazaxıstan), Felipinyo (“Kancil”, İndoneziya)  

Qeyd edək ki, millimiz dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə qarşılaşacaq. 
 

0