Millimiz Uels seçməsinə böyük hesabla məğlub olub
24.10.2025 - 17:19
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Kişineu şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilən görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.
0
0